​Şəmkir həyəcan içində: Gecələr yanğın törədən şəxs kimdir? - FOTOLAR

Şəmkirin Zəyəm Cırdaxan kəndinin sakinləri artıq 10 gündür təşviş içərisindədirlər. Buna səbəb kənddə gecələr evlərə, tövlələrə od vurulmasıdır.

Bu barədə kənd sakinlərindən biri məlumat verib. Onun sözlərinə görə, kənd hazırda polis nəzarətindədir, son bir neçə gündə yanğın qeydə alınmayıb. Buna baxmayaraq sakinlər gecələr yatmırlar, növbə çəkirlər. Hadisəni törədən şəxs və ya şəxslər isə tutulmayıb.

“Bizim kəndin 10 min əhalisi var. Qəribədir ki, yanğınlar müxtəlif ərazilərdə, kəndin girişində, ortasında, yuxarı ərazidə olub. Sakinlərin qış üçün ot tədarükü yandırılıb, elə ot tayalarına nə qədər pul verilmişdi. Doğrusu, hərə bir fərziyə irəli sürür, hətta hadisənin qəribə məxluqlar tərəfindən törədildiyinə inananlar da var. Deyirlər ki, bir neçə nəfərin evi yandırılıb. Polislər araşdırma aparırlar, gecələr ərazilərdə gəzib nəzarət edirlər”,-sakin deyib.

Onun bildirdiyinə görə, əvvəllər nə Zəyəm Cırdaxan, nə də yaxın kəndlərdə bu cür hadisələr olmayıb. Hadisənin gecələr törədilməsi kəndlilər arasında qorxu yaradıb. Şəmkir Rayon İcra Hakimiyyətinin nümayəndələri də kəndə gəlib, baş verənlərlə maraqlanıblar. Təxminən 1 həftə əvvəl kənd icra nümayəndəsi də işdən çıxıb, yerinə yeni təyinat olub: «Jurnalistlər də çəkiliş etdilər. Kənd yeridir, fərziyələr dolaşdıqca kəndlilərin narahatlıqları da artır”.

Kimliyi bilinməyən şəxs və ya şəxslər Nargilə Əhmədovanın da həyətindəki evə və tövləyə od vurublar. “Gecə təxminən saat iki olardı. Nəvəm məni yuxudan oyatdı ki, evimiz yanır. Baxdım ki, evin yol tərəfdəki hissəsi alovlanıb. Həyətdə tövlə və kiçik daxma da vardı, hamısı yandı. İçərisindəki un və taxılın hamısı kül oldu. Bu, artıq kənddə dördüncü yanğın hadisəsidir”, – deyə o əlavə edib.

Sakinlər deyirlər ki, son vaxtlar ayrı-ayrı günlərdə kənddə 4 evə, həmçinin bir neçə tövlə və ot tayasına od vurulub.

Kəndin yeni icra nümayəndəsi İsmayıl Burciyev bildirib ki, hazırda araşdırma gedir. “Evlər yox, 2-3 əl damı, tövlələr, ot tayaları yandırılıb. 10 gündür yanğın yoxdur, sakitçilikdir. Amma kənd yeridir, bir az şıqqıltı olan kimi sakinlər təşvişə düşürlər, narahat olurlar”,-icra nümayəndəsi bildirib.

İcra nümayəndəsi yanğın nəticəsində dəymiş zərərin həcmindən xəbərsiz olduğunu bildirib.

Şəmkir Rayon İcra Hakimiyyətindən məsələyə münasibət bildirməyiblər.

Ərazi üzrə polis bölməsindən isə deyiblər ki, kəndə nəzarət edilir, hələlik saxlanılan yoxdur: “Konkret neçə evin, tövlənin yandırıldığından məlumatsızam.

Amma hazırda kənddə nəzarət var”.(virtualaz.org)

Son xəbərlər »

Cəbhədən yeni xəbər: Axşam saatlarında darmadağın edildi

30.09.2020 22:09

Düşmən taborunun döyüş bayrağı və sənədləri ələ keçirilib

30.09.2020 21:12

Müdafiə Nazirliyi Ağdərə ilə bağlı MƏLUMAT YAYDI

30.09.2020 15:44

Çavuşoğlu: Azərbaycan nə istəyirsə hazırıq - Lavrova da dedim ki...

30.09.2020 12:49

SON DƏQİQƏ: Düşmən mühasirəyə alındı - Şiddətli zərbələr endirilir

30.09.2020 10:27

SON DƏQİQƏ: Erməni ordusuna dəhşətli zərbə - General və zabitlərin olduğu bunker dağıdıldı

30.09.2020 00:39

Prezident: “Münaqişənin yalnız iki tərəfi var - Ermənistan və Azərbaycan”

29.09.2020 23:19

“Reuters” ermənilərin yalanını ifşa etdi

29.09.2020 23:10

Türkiyə cəbhəyə əsgər göndərib? - Ərdoğandan Qarabağla bağlı vacib açıqlama

28.09.2020 15:54

Saakaşvili: Qarabağ Azərbaycandır və bu dəyişməzdir

28.09.2020 14:19

Qismən səfərbərlik - Kimlər və nə qədər müddətə orduya çağırıla bilər?

28.09.2020 13:36

“Kompromisə hazırıq” - İrəvan “ağ bayraq” qaldırdı

28.09.2020 13:32

Kəlbəcər tam, Ağdərə qismən mühasirəyə alındı - AÇIQLAMA

28.09.2020 13:21

"Reuters" dünyaya elan etdi - ORDUMUZDAN BÖYÜK ZƏFƏR!

28.09.2020 13:13

Azərbaycanın bəzi şəhər və rayonlarında hərbi vəziyyət elan olunur

27.09.2020 18:01

SON DƏQİQƏ: İlk qələbə xəbəri - Bu ərazilər işğaldan azad olundu

27.09.2020 14:15

Slavyan ölkəsindən Türkiyəyə gözlənilməz dəstək

26.09.2020 18:18

Erməni ordusu Qarabağda hərəkətə keçdi: 2 saat öncə...

26.09.2020 18:17

Ərdoğandan TARİXİ MESAJ: bunu edən 10 ölkədən biriyik

26.09.2020 18:14

DTX və DSX-dən ƏMƏLİYYAT: Həbs olunanlar var

26.09.2020 18:11