​Mübariz Mənsimov məhkəmədə sensasion ifadə verdi

 FETÖ terror təşkilatına üzv olmaqda ittiham olunan azərbaycanlı iş adamı Mübariz Mənsimovun bu gün məhkəməsi keçirilib.

Front.az xəbər verir ki, 15 ilə qədər həbsi istənilən Mənsimov məhkəmədə ifadə verib.

"Palmali”nin prezidenti İstanbul 27. Ağır Cəza Məhkəməsində ona qarşı olan ittihamları qəbul etməyib və bunu əsassız adlandırıb. 1993-cü ildən ailəsi ilə Türkiyədə yaşadığını bildirən Mənsimov qeyd edib ki, əleyhinə ifadə verənlər uzun müddət onun rəhbərliyi altında çalışıb:

"Bəziləri dələduzluq etdikləri üçün işdən çıxarılıb. Onların şirkətə ziyan vurması ilə bağlı məhkəməyə müraciət olunub”.

Mənsimov FETÖ terror təşkilatına üzv olmaq iddiasına da münasibət bildirib:

"Atatürk və türk milləti sevdalısıyam. Mən heç vaxt xain təşkilatın içində olmamışam. 15 ildir yanımda çalışan insanların ağlına indi gəlib FETÖ-çü olduğum? Mənim ailəmdə də şəhidlər olduğun üçün polislərə, hüquq-mühafizə təşkilatlarına yardım edirəm. Məzhəbim Şiədir və məzhəbimdə təriqət yoxdur”.

Mənsimov ifadəsində hazırda FETÖ fərarisi kimi axtarışda olan iş adamı İhsan Kalkavanla münasibətinə də aydınlıq gətirib. O bildirib ki, Kalkavanla ancaq ticarət işləri ilə əlaqədar görüşüb. Mənsimov Kalkavanın FETÖ-çü olmasından bixəbər olduğunu qeyd edib.

Mənsimov ifadəsində iki dəfə Fətullah Gülənlə görüşdüyünü də bildirib:

"İlk görüş məni iftar üçün Amerikaya çağırmaları ilə olub. Mən də o gün içki içmişdim. Bu səbədən getmək istəməsəm də, israr etdilər. "Hoca” deyilən adam yanında oturmağımı istədi. Mən də "içkiliyəm, qalxa bilərəm?” dedim. O isə cavabında "Bu, səninlə Allah arasında olan bir şeydir” dedi. Bir din adamının bunu deməsi mənə çox gülməli gəldi. O, bizə evini gəzdirdi. Gəzərkən evdə üzərində Azərbaycan yazılan bir şüşə gördüm. Fətullah Gülənə "bu nədir?” dedim. Cavabında bildirdi ki, bunu iyləyib, iyləyib sakitləşirəm. Mən də "təyyarəyə minib gedin də, niyə şüşəni iyləyirsiz?” dedim. Bu məqamda biri qolumdan çəkib dedi ki, danışıqlarına fikir ver. O dəvətdəki siyasətçilər və iş adamları ilə mübahisə etdim, daha sonra oradan ayrıldım. 
Mənsimov bildirib ki, o dəvətdən sonra Fətullah Gülən camaatınn hədəf taxtasına çevrilib.

Məhkəmə sədrinin Gülənin ona təsbeh verməsi ilə bağlı sual ünvanlayıb. Mənsimovun cavabı isə belə olub:

"O təsbehi min dollara satdım. FETÖ-nün heç bir qurumuna yardım etməmişəm. Mən türk milliyətçisiyəm. Uşaqlarıma "Məni burada dəfn edin deyirəm. Türk ədalətinə inanım sonsuzdur. FETÖ-nün dostu yox, düşmənı olmuşam. Ailəm buradadır, qaçacaq yerim yoxdur. Bəraətimi və sərbəst buraxılmağımı istəyirəm.
Mənsimovun ifadəsindən sonra məhkəmə prosesi davam edib. (Azmedia)

Son xəbərlər »

Cəbhədən yeni xəbər: Axşam saatlarında darmadağın edildi

30.09.2020 22:09

Düşmən taborunun döyüş bayrağı və sənədləri ələ keçirilib

30.09.2020 21:12

Müdafiə Nazirliyi Ağdərə ilə bağlı MƏLUMAT YAYDI

30.09.2020 15:44

Çavuşoğlu: Azərbaycan nə istəyirsə hazırıq - Lavrova da dedim ki...

30.09.2020 12:49

SON DƏQİQƏ: Düşmən mühasirəyə alındı - Şiddətli zərbələr endirilir

30.09.2020 10:27

SON DƏQİQƏ: Erməni ordusuna dəhşətli zərbə - General və zabitlərin olduğu bunker dağıdıldı

30.09.2020 00:39

Prezident: “Münaqişənin yalnız iki tərəfi var - Ermənistan və Azərbaycan”

29.09.2020 23:19

“Reuters” ermənilərin yalanını ifşa etdi

29.09.2020 23:10

Türkiyə cəbhəyə əsgər göndərib? - Ərdoğandan Qarabağla bağlı vacib açıqlama

28.09.2020 15:54

Saakaşvili: Qarabağ Azərbaycandır və bu dəyişməzdir

28.09.2020 14:19

Qismən səfərbərlik - Kimlər və nə qədər müddətə orduya çağırıla bilər?

28.09.2020 13:36

“Kompromisə hazırıq” - İrəvan “ağ bayraq” qaldırdı

28.09.2020 13:32

Kəlbəcər tam, Ağdərə qismən mühasirəyə alındı - AÇIQLAMA

28.09.2020 13:21

"Reuters" dünyaya elan etdi - ORDUMUZDAN BÖYÜK ZƏFƏR!

28.09.2020 13:13

Azərbaycanın bəzi şəhər və rayonlarında hərbi vəziyyət elan olunur

27.09.2020 18:01

SON DƏQİQƏ: İlk qələbə xəbəri - Bu ərazilər işğaldan azad olundu

27.09.2020 14:15

Slavyan ölkəsindən Türkiyəyə gözlənilməz dəstək

26.09.2020 18:18

Erməni ordusu Qarabağda hərəkətə keçdi: 2 saat öncə...

26.09.2020 18:17

Ərdoğandan TARİXİ MESAJ: bunu edən 10 ölkədən biriyik

26.09.2020 18:14

DTX və DSX-dən ƏMƏLİYYAT: Həbs olunanlar var

26.09.2020 18:11