​Kəlbəcər tam, Ağdərə qismən mühasirəyə alındı - AÇIQLAMA

Basarkeçər-Ağdərə avtomobil yolunun vizual, eləcə də atıcı silahların və artilleriya vasitələrinin atəş nəzarətinə götürülməsi Ermənistandan əlavə hərbi yüklərin işğal altında olan Kəlbəcər və Ağdərə istiqamətindəki marşrutla daşınmasının qarşısını almağa imkan verir.

Front.az xəbər verir ki, bu sözləri hərbi ekspert Üzeyir Cəfərov cəbhənin Goranboy istiqamətində qoşunlarımızın keçirdiyi hərbi əməliyyat nəticəsində Murovdağ silsiləsindəki Murov zirvəsi və işğal olunmuş ərazilərini Ermənistanla birləşdirən hərbi əhəmiyyətli Basarkeçər-Ağdərə avtomobil yolunun nəzarətinə götürməsini şərh edərkən deyib.

O bildirib ki, işğaldan azad olunan Murovdağ zirvəsinin strateji əhəmiyyəti çox böyükdür:

“Ermənistan ərazisindən Dağlıq Qarabağa iki əsas yol var. Bunlardan birincisi Laçın dəhlizidir. Düşmən Şuşa və Xankəndi ərazisinə silahları və hərbi yardımları bu yolla daşıyır.

Amma ən əsas və ən qısa yol M-11 magistralıdır. M-11 yolu İrəvandan başlayaraq, Basarkeçər ərazisinə qədər davam edir, ordan da Kəlbəcərə bağlanır. Kəlbəcər rayonunun Ermənistan və Dağlıq Qarabağ ilə tək bağlantısı bu yoldan ibarətdir.

Ordumuz bu yola nəzarəti ələ keçirməklə həm Kəlbəcəri blokadaya salmış, həm Xankəndiyə gedən yardımların önünü kəsmiş, həm də Ağdərə rayonuna gedən hərbi yardımların qarşısını qismən almış olur.

M-11 yolunun və Murovdağ zirvəsinin işğaldan azad edilməsi faktiki olaraq ordumuzun Kəlbəcəri tamamilə, Ağdərənin isə qismən blokadaya alması deməkdir”. (Axar)

Son xəbərlər »

Paşinyan ETİRAF ETDİ: Əsgərlər döyüş meydanından qaçır

27.10.2020 00:09

Rəsmi Bakıdan İranın sərhədə hərbi texnika cəmləməsinə REAKSİYA

27.10.2020 00:08

Ermənistanı çökdürən iki fakt - EKSPERT

27.10.2020 00:07

Pakistan Fransaya nota verdi

27.10.2020 00:06

Putindən sərt ABŞ AÇIQLAMASI

27.10.2020 00:04

Rusiya müxalifllərin təlim düşərgələrini vurdu - ÖLƏNLƏR VAR

27.10.2020 00:03

Şuşada oynayan o təlxək bəyan etsin ki... - Prezident

27.10.2020 00:00

Kreml 7 rayonun tam azad olunmasına qarışmayacaq, amma… - AÇIQLAMA

24.10.2020 23:24

Kim Çen In xanımını edam etdirib? - ŞOK İDDİA

24.10.2020 23:03

Türkiyənin BU ADDIMI ABŞ-ı qorxuya saldı: Əməkdaşlığa əngəldir

24.10.2020 23:01

Ərdoğan: Azərbaycandakı faciələrin arxasında Fransa dayanır

24.10.2020 22:59

Döyüş aviasiyamız hərəkətə keçdi - Düşmən darmadağın edilir

24.10.2020 22:57

Məğlub olan düşmən bu yola əl atdı

24.10.2020 22:55

Ərdoğan Makronu tənqid etdi: Fransa Türkiyəyə qarşı hərəkətə keçdi

24.10.2020 22:54

SON DƏQİQƏ: Bir neçə saat sonra Ermənistan təslim olacaq - Bunu ancaq Putin bilir

24.10.2020 22:29

Türkiyə bu bölgəyə əlavə qoşun və silah göndərdi

23.10.2020 22:24

Ermənistanı darmadağın edən PUA-ların İKİ BÖYÜK SİRRİ

23.10.2020 22:23

Putindən neftin qiymətini artıracaq AÇIQLAMA

23.10.2020 22:21

Ərdoğandan KRİTİK QARABAĞ açıqlaması

23.10.2020 22:17

Ermənilər Putinə yalvarır

23.10.2020 22:15