​Əliyevin möhtəşəm “Qurd Qapanı” taktikası və düşməni məğlub edən strategiya

1998-ci il, ümumilli lider Heydər Əliyevin Türkiyə səfəri.

Qarabağın işğalı ilə nəticələnən atəşkəsdən 4 il keçir, Ermənistan məsələni həll etdiyini düşünür və işğalı legitimləşdirmək istiqamətində addımlar atırdı.

Heydər Əliyev isə işğala son qoymaq üçün Ankarada gələcək strategiyanın təməllərini atırdı: işğalçının uzunmüddətli siyasi və iqtisadi blokadaya salınması.

Həmin tarixdən 18 il sonra – “aprel müharibəsi”də Dağlıq Qarabağ münaqişəsi ətrafında yaranan yeni reallığı şərh edən Ermənistanın məşhur analitiki belə deyirdi: “1998-ci ildə Heydər Əliyev gələcək strategiyanı hazırladı. Bu, Qarabağ münaqişəsinin həlli məqsədilə Ermənistanın uzunmüddətli siyasi və iqtisadi blokadaya alınması və bizim ölkənin Azərbaycanla Türkiyənin “quberniyası” vəziyyətinə salınması idi”.

Heydər Əliyevin uzunmüddətli strategiyasını Ermənistanda anlayan və bunun təhlükəsi haqda xəbərdarlıq edənlər var idi. Hərçənd, Azərbaycanda da zaman-zaman “işğalla barışdığımızı” deyənlər çıxır, bəzən də siyasi məqsədlər üçün istifadə edənlər tapılırdı. Heydər Əliyev “yerdən çıxan boğuq səslərə” fikir vermir, səbrlə ərazi bütövlüyümüzün bərpa edilməsi istiqamətində həyata keçirdiyi strategiyanı tətbiq edirdi.

2003-cü ildən sonra Prezident İlham Əliyev bu strategiyanı yeni dünya reallığına uyğun davam etdirdi və müasir politologiyaya araşdırma mövzusu olacaq taktika sərgilədi.

“Aypara” taktikası: “Qurd Qapanı” da deyilən bu taktikadan tarixdə böyük sərkərdələr uğurla istifadə edib. Bu, Azərbaycan liderinin tarixi taktikanı döyüşün cəbhədə deyil, masada aparıldığı müasir diplomatiyaya uğurla köçürməsi idi.

a) Azərbaycanı bölgənin həlledici aktoruna çevirmək;
b) Ermənistanı “oyundan kənar vəziyyətə” salmaq;


Bir-birinin davamı olan bu hədəflərə nail olmaq üçün Prezident İlham Əliyev Azərbaycanı qlobal və regional layihələrin mərkəzinə çevirdi.

Cənub Qaz Dəhlizi layihəsi Avropanın enerji təhlükəsizliyində Azərbaycan açar ölkəyə oldu.

Bakı-Tbilisi-Qars dəmiryolu xətti (BTQ) ilə Azərbaycan Asiya və Avropanın nəqliyyat şəbəkəsini birləşdirən, ümumilikdə Avrasiyanın nəqliyyat xəritəsində önəmli rol oynayan ölkəyə çevrildi.

“Şimal-Cənub”, Şimal-Qərb və Cənub-Qərb nəqliyyat yolları layihələrində də Azərbaycan əhəmiyyətli ölkədir.

Strateji addımlar nəticəsində Azərbaycan Çindən Avropaya uzanan beynəlxalq nəqliyyat şəbəkəsinin əsas iştirakçısı, o cümlədən, enerji xəritəsində həlledici oyunçuya çevrilib.


Bütün regional və qlobal layihələrin Azərbaycanın üzərindən keçməsi, yaxud belə demək mümkünsə, Bakının iştirakı olmadan reallaşmaması və işğalçı Ermənistanın bütün bunlardan kənarda qalması Azərbaycan liderinin uzunmüddətli strategiyasının nəticəsidir.

Ermənistanı iqtisadi perspektivdən məhrum edən Prezident İlham Əliyev regionda Azərbaycan-Türkiyə-İran, Azərbaycan-Türkiyə-Gürcüstan, Azərbaycan-Türkiyə-Rusiya kimi əməkdaşlıq formatları ilə işğalçının siyasi perspektivlərinin önünü kəsdi.

Üçtərəfli formatla yanaşı, Azərbaycan-Türkiyə, Azərbaycan-Gürcüstan, Azərbaycan-Rusiya, Azərbaycan-İran formatında da əməkdaşlığı genişləndirdi.

Beləliklə, Azərbaycan lideri Ermənistanı “Qurd Qapanı” taktikasına uyğun siyasi və iqtisadi mühasirəyə aldı. Bu strategiya sayəsində işğalçı ölkə olduqca ağır vəziyyətə düşdü və təsadüfi deyil ki, beynəlxalq ekspertlər “Qarabağın işğalının Ermənistanın siyasi və iqtisadi müstəqilliyinin itirilməsi” olduğunu deyirlər.

Bişkek protokolunun imzalanmasından keçən 26 il ərzində Ermənistanın düşdüyü vəziyyət bunun əyani sübutudur.

Ermənistan Statistika Komitəsinin hesabatına görə, son 10 ildə ermənilərin sayı 3,8 faiz, işçi qüvvəsinin sayı 17,7 faiz, məşğul əhalinin sayı isə 21,3 faiz azalıb. Bu, 2008-2018-ci illərində Ermənistan əhalisinin 118,1 min, işçi qüvvəsinin 250,1 min, məşğul əhalinin isə 252,3 min azalması deməkdir. Bununla yanaşı, ölüm göstəricisi doğum göstəricisini üstələyir. Lakin rəsmi məlumatlarda reallıq gizlədilir. “Joxovurd” qəzeti yazır ki, son 10 ildə əhalinin sayı 2 milyon 100 min azalıb.

2005-ci ildən indiyə qədər 1 milyon 10 min 500 erməni Ermənistanı birdəfəlik tərk edir. Ölüm sayının doğum sayını üstələməsi nəticəsində əhalinin sayı 622 min 700 nəfər azalıb. Hazırda Ermənistan əhalisi 1 milyon 900 minə yaxındır, lakin getdikcə daha da azalmağa davam edir”, – deyə qəzet qeyd edir.

Dünya Bankının hesabatında qeyd olunur ki, 2000-2018-ci illər ərzində Ermənistana göndərilən maliyyə vəsaitləri azalan xətt üzrə inkişaf edib. Vəsaitin böyük bir hissəsi (təxminən 70 faiz) Rusiyada miqrant olaraq yaşayan ermənilər tərəfindən göndərilib, 2014-cü ildən etibarən köçürmələrdə azalma müşayiət olunur. Ermənistan iqtisadiyyatı xarici ianələr, diaspora və miqrantların ölkəyə köçürdükləri maliyyə vəsaitləri üzərində qurulan primitiv model hesab olunub.

Nikol Paşinyan hakimiyyətə gələndən sonra isə Ermənistanın vəziyyəti daha da kəskinləşdi. Siyasi və iqtisadi blokada vəziyyətində olan işğalçı ölkə koronavirus pandemiyasının yaratdığı vəziyyətdən çıxa bilmədi.

Demoqrafik və sosial-iqtisadi göstəricilər Ermənistan və Azərbaycan arasındakı fərqi real rəqəmlərdə göstərir.

Əhalinin sayı:

Azərbaycan – 10 milyon 100 min nəfər;
Ermənistan – 2,9 milyon nəfər;

Dövlət büdcəsi:

Azərbaycan - 15 milyard dollar;
Ermənistan – 3,9 milyard dollar;

Hərbi büdcə:

Azərbaycan – 2,4 milyard dollar;
Ermənistan 625 milyon dollar;

Strateji valyuta ehtiyatı:

Azərbaycan – 51 milyard dollar;
Ermənistan – 2,6 milyard dollar;

Yoxsulluq səviyyəsi:

Azərbaycan – cəmi 5 faiz;
Ermənistan – 40 faiz;

Ümumi xarici dövlət borcu 8 miyard dolları keçən Ermənistanda əhalinin 50 faizi şəxsi mənzilə sahib deyil. Koronavirus pandemiyası zamanı işsizliyin sayı dəfələrlə artdı.

Bütün bunların fonunda Azərbaycan və Ermənistan Ordusunun güc müqayisəsi də böyük fərqi ortaya çıxarır. “Global Fire Power” şirkətinin 2020-ci il üzrə hesabatında Azərbaycan Ordusu 138 ölkənin silahlı qüvvələrinin reytinq cədvəlində 64-cü, Ermənistanın isə 111-ci yerdə qərarlaşıb.

Sentyabrın 27-də başlanan hərbi əməliyyatlar Ermənistan ordusunun darmadağın edilməsi ilə nəticələndi: 250-dək tank və digər zirehli texnikası, 270-dək artilleriya, yaylım atəşli raket sistemləri, minaatan, 60-dək hava hücumundan müdafiə vasitələri, 11 komanda-idarəetmə və komanda-müşahidə məntəqəsi, 8 silah-sursat anbarı, 150-dək avtomobil texnikası, 1 ədəd “S-300” zenit-raket kompleksi və 2300-dən çox canlı qüvvəsi məhv edilib.

Hesablamalara görə, hərbi əməliyyatların ilk 4 günü (27 sentyabr-1 oktyabr) ərzində Ermənistanın 1,2 milyard ABŞ dollar məbləğindəki hərbi texnika və silah-sursatı sıradan çıxıb.

Ermənistan hərbi və diplomatik cəbhədə məğlub olur.

Hərbi cəbhədə Ordumuz işğalçı ölkənin ordusunu darmadağın edir.
Diplomatik cəbhədə Ermənistan faktiki təklənib, hətta ən çox ümid etdiyi Rusiya bu gün “Qarabağın Ermənistan ərazisi olmadığını və prosesə qarışmayacağını” rəsmən bəyan etdi.

22 il öncə ümumilli lider Heydər Əliyevin təməlini atdığı, Prezident İlham Əliyevin uğurla həyata keçirdiyi strategiya bu gün işğalçı ölkəni hərbi və siyasi meydanda təklənmiş vəziyyətə salıb. Və bütün bunlar deməyə əsas verir ki, böyük qələbəyə az qalıb... (publika)

Son xəbərlər »

Paşinyan dedi ki, bura Azərbaycan ərazisidir

01.12.2020 19:34

Pakistan Türkiyədən ”Bayraqdar” almaq istəyir

01.12.2020 19:32

İlham Əliyev Ermənistanın itkilərini AÇIQLADI - DƏHŞƏTLİ RƏQƏMLƏR

01.12.2020 19:30

Kremldən Naxçıvan məsələsinə GÖZLƏNİLMƏZ REAKSİYA

01.12.2020 19:27

İlham Əliyev ordu ilə bağlı mühüm sərəncam imzaladı

01.12.2020 19:26

KTMT-nin hərbi planında dəyişiklik - ŞOYQU AÇIQLADI

01.12.2020 19:25

BDU qalmaqallı tələbəni əfv etdi

01.12.2020 19:20

Monitorinq Mərkəzinin hərbçilərinin sayı ilə bağlı Rusiyadan AÇIQLAMA

01.12.2020 19:15

Vətən Müharibəsində fərqlənən hərbçilərə BU ORDEN və MEDALLAR veriləcək

01.12.2020 19:13

ŞOK! Putinin mühafizəçisi ölü tapıldı - FOTO

30.11.2020 20:35

SON DƏQİQƏ! Türkiyə ordusu Qarabağdadır

30.11.2020 20:30

Moskva ona sadiq qalan Bakıya xəyanət etdi - Şevçenko

30.11.2020 19:19

Şəhid olduğu deyilən hərbçi sağ qayıtdı - VİDEO/ FOTO

30.11.2020 19:08

İran İsraili vuracaq - ŞOK

29.11.2020 21:26

Azərbaycan hərbçisi erməni əsgərini hamının gözləri qarşısında alçaltdı - FOTO

29.11.2020 20:50

Paşinyan: Azərbaycanla düşmənçiliyə son qoymaq istəyirik

29.11.2020 16:53

İranı dayandırmağın yolu budur - "Vaşinqton Post"

29.11.2020 16:52

Ermənilərdən əsgərlərimizlə bağlı SENSASİON ETİRAFLAR: Vururduq, amma TERMİNATOR KİMİ...

29.11.2020 15:48

Xeyli sayda ƏSİR VAR - Ermənistan ŞOK RƏQƏMLƏRİ AÇIQLADI

29.11.2020 15:47

Serbiya və Monteneqro arasında qalmaqal - Səfirlər ölkədən çıxarılır

29.11.2020 15:39