"Azərbaycan Ordusu Ermənistan ordusundan 12 dəfə güclüdür".
Belə açıqlama verən Ermənistan Müdafiə Nazirliyinin rəsmisi Artsrun Hovannisyan, Qarabağdakı hərbi əməliyyatlarla bağlı bir sıra etiraflar edib.
O bildirib Kİ hərbi əməliyyatların ilk günü Azərbaycan tərəfi səmaya eyni anda 1000-dən çox uçan cihaz buraxıb:
“Təəssüf ki, müasir hərbi elmdə bu cür hava hücumun qarşısını alacaq HHM (Hava Hücumundan Müdafiə) sistemləri mövcud deyil. Uçan cihazlar kiçik və sürətlidir. Ən pisi isə onların sayının çox olmasıdır. Hava müdafiəsində "hədəf marşrutu" anlayışı var. Sadə dildə desək, x nöqtəli hava müdafiənizin eyni anda vura biləcəyi hədəflər məlumdur. Məsələn, əgər HHM eyni anda 2 təyyarə vurmağa hesablanıbsa, bundan 5 dəfə çox təyyarəni vurması mümkün deyil”.
Artsrun Hovannisyan bildirib ki, Azərbaycan HHM sistemlərinə və nəzarət nöqtələrinə ilk zərbəni 27 sentyabrda səhər saatlarında vurub:
“Bu zərbə ideal deyildi, amma bacarıqlı davrandılar. Biz düşmən tərəfdə ən müasir HHM-lər, yüksək dəqiqlikdə olan raketlər və topçu sistemləri görürük. Yəni 5-ci nəsil müharibəsini görürük. Son dəfə belə bir hücum 2003-cü ildə ABŞ hərbçiləri tərəfindən İraqa edilib". (yeniavaz)