​SON DƏQİQƏ: Bir neçə saat sonra Ermənistan təslim olacaq - Bunu ancaq Putin bilir

Tanınmış rusiyalı siyasi şərhçi Sergey Markov feysbuk hesabında Azərbaycan Ordusunun həlledici qələbəyə yaxın olması barədə fikirlərini bölüşüb.

Front.az həmin paylaşımın ümumi məzmununu təqdim edir:

“Azərbaycan Dağlıq Qarabağda hərbi qələbəyə yaxındır. Bəlkə də cəmi bir neçə saatdan sonra Azərbaycan ordusu elə mövqelərə çıxacaq ki, həmin mövqelər Ermənistanla Dağlıq Qarabağı birləşdirən cənub Laçın dəhlizini atəş altında saxlamağa və bağlamağa imkan verəcək. Şimal dəhlizi təxminən bir həftə əvvəl artıq bloklanmışdı. Orada hər şey atəş altındadır. Və Azərbaycan ordusu havada tam üstünlüyə malikdir. Dağlıq Qarabağa aparan cənub dəhlizinin hərbi blokasındadan sonra isə Ermənistan ordusunun mövqeyi tamamilə ümidsiz olacaq. Bundan sonra müharibənin davam etməsi sadəcə, erməni hərbi formasında olan insanların qırğınına çevriləcək. Bu artıq heç kimə lazım deyil. Ona görə də düşünürəm ki, bu hərbi qələbədən sonra Azərbaycan Prezidenti İlham Əliyev atəşi dayandırmağa və danışıqlara başlamağa hazır olduğunu bəyan edəcək. Bu, artıq barışıq haqda deyil, sülh haqda danışıqları olacaq. Sülh şərtləri haqda olacaq. Erməni qoşunlarının Azərbaycanın bütün ərazilərindən tam çıxarılması şərtləri və erməni əhalisinin vəziyyəti haqqında olacaq. Rusiya bu danışıqlarda əsas təşkilatçı və vasitəçi olacaq. Vladimir Putinin çıxışı elə bu barədə idi. Baxmayaraq ki, heç də hamı bunu başa düşmədi. Putin artıq bilirdi ki, bir neçə saat sonra bölgədəki geosiyasi vəziyyət kökündən dəyişəcək. Azərbaycan hərbi qələbəyə yaxındır”.

Son xəbərlər »

Paşinyan dedi ki, bura Azərbaycan ərazisidir

01.12.2020 19:34

Pakistan Türkiyədən ”Bayraqdar” almaq istəyir

01.12.2020 19:32

İlham Əliyev Ermənistanın itkilərini AÇIQLADI - DƏHŞƏTLİ RƏQƏMLƏR

01.12.2020 19:30

Kremldən Naxçıvan məsələsinə GÖZLƏNİLMƏZ REAKSİYA

01.12.2020 19:27

İlham Əliyev ordu ilə bağlı mühüm sərəncam imzaladı

01.12.2020 19:26

KTMT-nin hərbi planında dəyişiklik - ŞOYQU AÇIQLADI

01.12.2020 19:25

BDU qalmaqallı tələbəni əfv etdi

01.12.2020 19:20

Monitorinq Mərkəzinin hərbçilərinin sayı ilə bağlı Rusiyadan AÇIQLAMA

01.12.2020 19:15

Vətən Müharibəsində fərqlənən hərbçilərə BU ORDEN və MEDALLAR veriləcək

01.12.2020 19:13

ŞOK! Putinin mühafizəçisi ölü tapıldı - FOTO

30.11.2020 20:35

SON DƏQİQƏ! Türkiyə ordusu Qarabağdadır

30.11.2020 20:30

Moskva ona sadiq qalan Bakıya xəyanət etdi - Şevçenko

30.11.2020 19:19

Şəhid olduğu deyilən hərbçi sağ qayıtdı - VİDEO/ FOTO

30.11.2020 19:08

İran İsraili vuracaq - ŞOK

29.11.2020 21:26

Azərbaycan hərbçisi erməni əsgərini hamının gözləri qarşısında alçaltdı - FOTO

29.11.2020 20:50

Paşinyan: Azərbaycanla düşmənçiliyə son qoymaq istəyirik

29.11.2020 16:53

İranı dayandırmağın yolu budur - "Vaşinqton Post"

29.11.2020 16:52

Ermənilərdən əsgərlərimizlə bağlı SENSASİON ETİRAFLAR: Vururduq, amma TERMİNATOR KİMİ...

29.11.2020 15:48

Xeyli sayda ƏSİR VAR - Ermənistan ŞOK RƏQƏMLƏRİ AÇIQLADI

29.11.2020 15:47

Serbiya və Monteneqro arasında qalmaqal - Səfirlər ölkədən çıxarılır

29.11.2020 15:39