​Kreml 7 rayonun tam azad olunmasına qarışmayacaq, amma… - AÇIQLAMA

“Putinin Valday Klubundakı Qarabağ məsələsi ilə bağlı fikirləri maraqlı idi. Azərbaycan-Ermənistan münaqişəsi, Qarabağla bağlı sualları xarici iştirakçılar verdi. Rusiya təmsilçiləri bu mövzuya girmədi. Halbuki, zalda erməni əsilli ekspertlər də var idi. Bu, maraqlı nüansdır”.

Front.az xəbər verir ki, bunu REAL Partiyasının icra katibi Natiq Cəfərli deyib.

Cəfərlinin sözlərinə görə, Putin deyib ki, hələlik münaqişədə tərəf deyilik, çünki Ermənistanla strateji, Azərbaycanla isə dost münasibətlərimiz var: “Ən vacib məqam isə odur ki, Putin Azərbaycan torpaqlarının daim işğalda qala bilməyəcəyini vurğuladı".

“Putin Sumqayıtda və Qarabağda ermənilərim öldürüldüyünü dedi, amma nə Xocalını, nə də bu günlərdə olan Gəncə faciəsini yada saldı, hətta 1915-ci hadisələrini də xatırlatdı. Məncə, yaxşı mesaj deyildi. Amma Putin erməni xalqına mesaj verdi ki, söhbət sizdən getmir, xristianları sevirik, lakin rəhbərinizlə problemimiz var”, -Cəfərli əlavə edib.

N. Cəfərli bildirib ki, Putin Türkiyə, Ərdoğan haqqında pozitiv danışdı, amma “qırmızı cizgilərin” olduğunu da gizlətmədi: “Görünən odur ki, Kreml Türkiyəni NATO-dan qoparmaq istəyini gizlətmir və buna nail olacağını düşünür. Bu düşüncə bizə sərf edir, amma mən Türkiyənin NATO-dan, Qərbdən qopacağını düşünmürəm”.

N.Cəfərlinin qənaətincə, Putin, hələ ki, Azərbaycan-Ermənistan arasında gedən müharibəyə qarışmaq istəmir: “Çünki hələ Ermənistanda məqsədinə çatmayıb, Kreml 7 rayonun tam azad olunmasına qarışmayacaq. Amma Xankəndinın tam təslim olmasına da, deyəsən, imkan vermək istəmirlər. Ümumi götürsək, Putinin çıxışı bizə qarşı deyil. Görünür ki, adam gücə, hərbə, torpaq qaytarmağa simpatiya ilə yanaşır, məsələyə “Krım naş” dalğasında baxır. Bir sözlə, təmizliyə davam, yaxşıdı hər şey”.(publika)

Son xəbərlər »

Ermənilər öz ölülərinə bomba bağlayırdılar

03.12.2020 17:12

Yunan nazir HƏDDİNİ AŞDI: Türkiyədən şikayət etdi

03.12.2020 17:10

ŞOK: KTMT Ermənistana ordu yeridə bilər

03.12.2020 17:08

Ərdoğan Bakıdakı Qələbə paradında iştirak edəcək

03.12.2020 17:04

Türkiyə Ermənistanla əlaqələri bərpa edir?

03.12.2020 17:01

Ermənistandan Azərbaycana məlumatlar ötürülüb? - ŞOK İDDİA

03.12.2020 00:01

NATO KTMT-yə qarşı hərəkətə keçdi - Lukaşenkodan XƏBƏRDARLIQ

02.12.2020 23:02

Akardan Qarabağla bağlı AÇIQLAMA: türk və rus generallar...

02.12.2020 23:01

Fəxrizadə sui-qəsdinin arxasındakı şəxslər tapıldı

02.12.2020 23:00

Putindən QARABAĞ AÇIQLAMASI: Laçın dəhlizi və...

02.12.2020 22:59

Ermənistanda kim kimi Azərbaycana "satıb"? - ŞOK İDDİA

02.12.2020 22:58

NATO toplantısında Qarabağ qalmaqalı - Çavuşoğlu hamıya yerini göstərdi

02.12.2020 22:51

Türkiyə Azərbaycan üçün bunu da etdi: Məxvi iclasdan ŞOK MƏLUMAT

02.12.2020 22:49

Paşinyan dedi ki, bura Azərbaycan ərazisidir

01.12.2020 19:34

Pakistan Türkiyədən ”Bayraqdar” almaq istəyir

01.12.2020 19:32

İlham Əliyev Ermənistanın itkilərini AÇIQLADI - DƏHŞƏTLİ RƏQƏMLƏR

01.12.2020 19:30

Kremldən Naxçıvan məsələsinə GÖZLƏNİLMƏZ REAKSİYA

01.12.2020 19:27

İlham Əliyev ordu ilə bağlı mühüm sərəncam imzaladı

01.12.2020 19:26

KTMT-nin hərbi planında dəyişiklik - ŞOYQU AÇIQLADI

01.12.2020 19:25

BDU qalmaqallı tələbəni əfv etdi

01.12.2020 19:20