İranda nüvə sahəsi üzrə alim, “nüvə proqramının atası” adlandırılan Mühsin Fahrizadə sui-qəsd nəticəsində həlak olub.
Front.az xəbər verir ki, bu barədə “Rajanews” portalı məlumat yayıb. İddialara görə, alimə Tehran yaxınlığında hücum edilib. Sosial mediada paylaşımlar edən şahidlər, hadisənin baş verdiyi ərazidə silah və partlayış səsləri eşidildiyini irəli sürüblər.
İran ordusu qisas alacaqlarını bəyan edib.
Front.az