​BDU qalmaqallı tələbəni əfv etdi

Noyabrın 30-da Bakı Dövlət Universitetinin (BDU) Elmi Şurasının növbəti onlayn iclası keçirilib.

Front.az xəbər verir ki, iclasda BDU rektoru Elçin Babayev Elmi Şura üzvlərini qələbəmiz münasibətilə təbrik edərək 44 günlük Vətən müharibəsi, ərazilərimizin işğaldan azad olunması haqqında ətraflı danışıb.

Cari məsələlər sırasında Bakı Dövlət Universitetindən xaric edilmiş Məhəmmədov Pərviz Əlipənah oğlunun müraciətini nəzərə alaraq BDU rektorunun müvafiq əmri ilə yaradılmış Komissiyanın qərarı da müzakirə edilmişdir. Komissiya öz qərarında bildirmişdir ki, BDU Mexanika-riyaziyyat fakültəsinin birinci kurs, dövlət hesabına əyani formada təhsil alan tələbəsi Məhəmmədov Pərviz Əlipənah oğlu dəfələrlə daxili nizam-intizam qaydalarını pozaraq dərs prosesinə mane olmuş, fənn müəllimlərinə və fakültənin tyutoruna qarşı etikasız və kobud rəftar etmişdir. Edilən xəbərdarlıqlara baxmayaraq Məhəmmədov Pərviz Əlipənah oğlu 23 noyabr 2020-ci il tarixində onlayn dərs prosesini nümayişkəranə şəkildə yenidən pozmuş, bu zaman Azərbaycanın Dövlət bayrağına qarşı ciddi ictimai qınağa səbəb olan hörmətsiz hərəkətlər etmişdir. Bu hallar nəzərə alınmaqla, BDU rektorunun müvafiq əmri ilə Məhəmmədov Pərviz Əlipənah oğlu Universitet tələbələri sırasından xaric olunmuşdur.

Bir müddət sonra Məhəmmədov Pərviz Əlipənah oğlu ərizə ilə BDU rektoruna müraciət edərək, etdiyi səhvlərdən peşman olduğunu bildirmiş və bağışlanmasını xahiş etmişdir. O, dövlət bayrağına qarşı etdiyi hərəkətlərin ciddi səhv olduğunu etiraf edirək, bu hərəkətlərindən peşman olduğunu, bütün müəllimlərindən, Universitet kollektivindən və tələbə yoldaşlarından, Azərbaycan xalqından üzr istədiyini bilirmişdir. O, bundan sonra Universitetin daxili nizam-intizam qaydalarına ciddi əməl edəcəyinə, dövlət rəmzlərinə hörmətlə yanaşacağına, dərslərinə ciddi yanaşacağına söz verərək onun bağışlanılmasını və yenidən tələbələr sırasında olmasına köməklik edilməsini BDU rektorundan xahiş etmişdir.

Komissiya məsələni yenidən araşdırmış, tələbənin Azərbaycan Bayrağına qarşı etdiyi hərəkətlərdən peşman olduğunu və 18 yaşına çatmamasını, müəllimlərindən və Azərbaycan xalqından üzr istədiyini, pandemiya şəraitininin yaratdığı çətinlikləri, onlayn tədris prosesinin xüsusiyyətlərini və s. nəzərə alaraq Məhəmmədov Pərviz Əlipənah oğlunun Universitet tələbələri sırasından xaric olunması haqqında əmrə yenidən baxılması və tələbəyə töhmət elan edilməklə tələbələr sıralarına qaytarılması haqqında təkliflə çıxış etmişdir. Komissiyanın təklifi BDU Elmi Şurası üzvlərinin müzakirəsinə çıxarılmışdır. Şura üzvləri məsələni geniş müzakirə etmiş və Komissiyanın qərarını nəzərə almağı məqsədəmüvafiq hesab etmişdir.

Komissiyanın qərarı və Elmi Şuranın müzakirəsinin müsbət nəticələri nəzərə alınmaqla BDU rektoru tərəfindən Məhəmmədov Pərviz Əlipənah oğlu haqqında verilmiş əvvəlki əmrə yenidən baxılmış, ona intizam tənbehi kimi töhmət elan olunmasını və təhsilini davam etdirməsini nəzərdə tutan müvafiq yeni əmr imzalanmışdır.

Son xəbərlər »

İrandan gözlənilməz addım: Dünya həyəcanla izləyir

18.12.2020 22:33

Putin 9 ölkəni gözləyən təhlükəni açıqladı

18.12.2020 22:30

Ermənistanla Rusiya Zəngəzurla bağlı GİZLİ MÜQAVİLƏ İMZALADI

18.12.2020 22:28

Şimali Koreyada dünyanı şoka salan hadisə - KAPİTAN EDAM EDİLDİ

18.12.2020 22:24

Netanyahu: İranı dayandırmaq üçün onlarla razılaşdıq

18.12.2020 22:24

Stadionda partlayış baş verdi

18.12.2020 22:20

Selçuk Bayraktar: Yaşasın Azərbaycan - Türkiyə qardaşlığı!

18.12.2020 22:16

Rusiya NATO və Qərbə qarşı HƏRƏKƏTƏ keçdi: Qara dənizdə...

17.12.2020 17:05

Vanyan: Nikol bu tarixdə Bakıya uçmalıydı

17.12.2020 17:02

Azərbaycan Zəngəzuru bu cür geri qaytara bilər - DETALLAR AÇIQLANDI

17.12.2020 16:56

Ermənistanın müdafiə naziri Qarabağla sərhədə gəldi

17.12.2020 16:55

Çavuşoğlu: Əliyev lazımi mesajı verdi, Rusiya atəşkəsi qorumasa...

17.12.2020 16:53

Putindən sülhməramlılarla bağlı AÇIQLAMA

17.12.2020 16:51

Rus qüvvələri Qarabağda mühasirəyə düşüb?

17.12.2020 16:50

Şuşada hələ də erməni silahlıları qalıb

17.12.2020 16:48

Putindən SON DƏQİQƏ Qarabağ açıqlaması

17.12.2020 16:46

Putindən Türkiyənin Qarabağ məsələsinə müdaxiləsinə CAVAB

17.12.2020 16:45

Bu ərazilər Azərbaycana təhvil verilir

17.12.2020 16:44

Putin: Ərdoğan kişi kimi sözünün üstündə durur

17.12.2020 16:38

İlham Əliyev Şuşa ilə bağlı mühüm TAPŞIRIQLAR VERDİ

16.12.2020 14:48