​Ermənistanda kim kimi Azərbaycana "satıb"? - ŞOK İDDİA

Separatçıların keçmiş "müdafiə naziri" Cəlal Arutyunyan ilə Ermənistanın sabiq müdafiə naziri David Tonoyan arasında baş vermiş qalmaqalın təfərrüatları məlum olub.

Front.az xəbər verir ki, bu barədə “Mediaport” Telegram kanalı öz mənbələrinə istinadən məlumat yayıb.

Bildirilir ki, Cəlal Arutyunyan Azərbaycan Ordusunun dəqiq zərbələri ilə məhv edilməmişdən əvvəl onunla David Tonoyan arasında mübahisə düşüb.

Mübahisəyə səbəb İordaniyadan gətirilən hava hücumundan müdafiə sistemlərinin istifadə edilməməsi olub. Həmin qurğuların bir çoxu istfadəyə yararsız olduğundan tərəflər arasında mübahisələr qızışıb.

“Mübahisə zamanı Cəlal Arutyunyan müharibə bitdikdən sonra susmayacağını, cənub cəbhəsindəki hava məkanının tamamilə müdafiəsiz hala gəldiyinə görə günahkar olan insanların adlarını açıqlayacağını deyib. Üstəlik, məlum partlayışdan bir gün əvvəl Cəlal Arutyunyan Arayik Arutyunyanı (Qarabağ separatçılarının rəhbəri-red.) təcili Şuşa ətrafında müdafiə istehkamlarının inşasına başlamağa çağırıb. Çünki qarşı tərəf bu istiqamətdə yeni qüvvələr toplayırmış və bu səbəbdən keçmiş nazir əlavə ehtiyat qüvvələri və top tədarükünə başlamağa ehtiyac olduğunu bildirib”, - deyə “Mediaport” Telegram kanalı yazıb.

Cəlal Arutyunyanın yaxınları iddia edirlər ki, onun hərəkət istiqaməti ilə bağlı məlumat qəsdən sızdırılıb: “Bunun nəticəsində Azərbaycan Silahlı Qüvvələri "nazirin" yerini asanlıqla müəyyən edə bilib”.

Xatırladaq ki, Cəlal Arutyunyan oktyabrın 27-də Azərbaycan Ordusu tərəfindən məhv edilib. Ermənistan tərəfi hələ də onun ölmədiyini iddia edir. / "Virtual"

Son xəbərlər »

İrandan gözlənilməz addım: Dünya həyəcanla izləyir

18.12.2020 22:33

Putin 9 ölkəni gözləyən təhlükəni açıqladı

18.12.2020 22:30

Ermənistanla Rusiya Zəngəzurla bağlı GİZLİ MÜQAVİLƏ İMZALADI

18.12.2020 22:28

Şimali Koreyada dünyanı şoka salan hadisə - KAPİTAN EDAM EDİLDİ

18.12.2020 22:24

Netanyahu: İranı dayandırmaq üçün onlarla razılaşdıq

18.12.2020 22:24

Stadionda partlayış baş verdi

18.12.2020 22:20

Selçuk Bayraktar: Yaşasın Azərbaycan - Türkiyə qardaşlığı!

18.12.2020 22:16

Rusiya NATO və Qərbə qarşı HƏRƏKƏTƏ keçdi: Qara dənizdə...

17.12.2020 17:05

Vanyan: Nikol bu tarixdə Bakıya uçmalıydı

17.12.2020 17:02

Azərbaycan Zəngəzuru bu cür geri qaytara bilər - DETALLAR AÇIQLANDI

17.12.2020 16:56

Ermənistanın müdafiə naziri Qarabağla sərhədə gəldi

17.12.2020 16:55

Çavuşoğlu: Əliyev lazımi mesajı verdi, Rusiya atəşkəsi qorumasa...

17.12.2020 16:53

Putindən sülhməramlılarla bağlı AÇIQLAMA

17.12.2020 16:51

Rus qüvvələri Qarabağda mühasirəyə düşüb?

17.12.2020 16:50

Şuşada hələ də erməni silahlıları qalıb

17.12.2020 16:48

Putindən SON DƏQİQƏ Qarabağ açıqlaması

17.12.2020 16:46

Putindən Türkiyənin Qarabağ məsələsinə müdaxiləsinə CAVAB

17.12.2020 16:45

Bu ərazilər Azərbaycana təhvil verilir

17.12.2020 16:44

Putin: Ərdoğan kişi kimi sözünün üstündə durur

17.12.2020 16:38

İlham Əliyev Şuşa ilə bağlı mühüm TAPŞIRIQLAR VERDİ

16.12.2020 14:48