Nüvə alimi Möhsün Fəxrizadəyə qarşı təşkil edilən sui-qəsdlə əlaqəsi olan şəxslər tapılıb.
Front.az xəbər verir ki, bunu İranın hökumət sözçüsü Əli Rəbii açıqlayıb.
“Kəşfiyyat Nazirliyi Fəxrizadə sui-qəsdi ilə bağlı şəxsləri təsbit edib”, - o bildirib. Sui-qəsdin bütün miqyaslarda analiz edildiyi və istintaqın sona çatması təqdirində lazımi addımlar atacaqlarını qeyd edib. İran sui-qəsdin arxasında İsrailin olduğunu düşünür.