Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan dekabr ayının 10-da Bakıda keçiriləcək Qələbə paradında iştirak edəcək.
Front.az xəbər verir ki, bu barədə Türkiyə telekanalları məlumat yayıb. Ərdoğanın dekabr ayının 9-da Azərbaycana gəlişi gözlənilir.
Xatırladaq ki, Azərbaycan Silahlı Qüvvələrinin Vətən müharibəsindəki tarixi qələbəsi münasibətilə dekabrın 10-da Bakının Azadlıq meydanında Qələbə paradının keçiriləcəyi gözlənilir.