​Ermənilər öz ölülərinə bomba bağlayırdılar

Vətən müharibəsinin qəhrəmanlarından biri də Naxçıvandan olan hərbçimiz, 1985-ci il təvəllüdlü İqbal Səfərovdur.

Front.az xəbər verir ki, İqbal Səfərov 27 sentyabrda başlayan əks-hücum əməliyyatı çərçivəsində Füzuli, Xocavənd, Hadrut, Laçın dəhlizi və Şuşa döyüşlərində iştirak edib.

Döyüş əməliyyatları ilə bağlı danışan İ.Səfərov müharibə zamanı qarşılaşdığı maraqlı hadisələrdən də bəhs edib.

O bildirib ki, müharibə başlayan kimi könüllü olaraq döyüşlərə qatılıb:

“Hərbi xidmətimi tağım komandiri olaraq bitirib, leytenant hərbi rütbəsi ilə ehtiyata buraxılmışdım. Xidmətdən sonra imtahanla (ən yüksək balı toplayaraq) Gömrük Komitəsinə işə qəbul oldum. 8 il Komitədə müxtəlif vəzifələrdə çalışdım və gömrük mayoru rütbəsinə qədər yüksəldim. Amerika-Meksika sərhədində təlimlərdə iştirak edən zaman magistratura təhsili almağa qərar verdim.

Müharibə başlayanda isə Bakıda idim. Kanadaya qayıdıb oradakı işimə davam etməyimi pandemiya gecikdirirdi. Lakin müharibə başlayan kimi könüllü olaraq döyüşə yollandım”.

Şuşa əməliyyatı haqda danışan döyüşçümüz önəmli məqamlara toxunub:

“Şuşaya girmək üçün 39-50 kiloluq minaatanlarla birgə 40 kilometrlik meşə, dağ yollarını qət etməli idik. Gecələr irəliləyirdik. Ən böyük üstünlüyümüz qorxusuz olmağımızda idi. Bütün döyüşlərdə əsas silahımız inam olub. Düzdür, hər şeyə hazır idik. Müharibə insan həyatının çətin sınağıdır. Az əvvəl söhbət etdiyimiz döyüş yoldaşlarımız gözümüzün qabağında şəhid olurdu”.

İ.Səfərovun sözlərinə görə, ermənilər ölülərinin qarnına bomba bağlayırdılar:

“Belə edirdiləri ki, biz yaxınlaşıb tərpədəndə partlasın. Biz dəhşətə gəlirdik. Nə olur-olsun, insan həmvətəninə qarşı necə belə nanəciblik edə bilər?

Biz isə təhlükəni gözə alıb, döyüş meydanına qayıdırdıq, yaralı və şəhidlərimizi qoyub gedə bilmirdik. Mən komandir heyətində idim. Mənim aldığım ilk əmr belə oldu: əsgər heyətini qoruyun! Onların canı öz canınızdan artıq olsun.

Generalların belə ön cəbhədə döyüşdüyü savaşda başqa cür vuruşmaq mümkün deyildi. Hamı bir-birini qoruyurdu. Şuşa azad edildikdən sonra orda qala bilmədim, xəsarət almışdım. İndi yaxşıyam. Xocavənddəyəm.

Döyüşlər bitəndən sonra hisslərim, duyğularım qarışmışdı. Kimsəylə danışmırdım. Mənə elə gəlirdi ki, daim yağış yağır. Yəqin ki, ömrümün sonuna kimi yağışı və iliyimə qədər işləyən soyuğu unutmayacam".

İqbal Səfərov bundan sonra da Qarabağda yaşamaq arzusunda olduğunu bildirib:

“Qarabağda Gömrük İdarəsində gömrük mütəxəssisi olaraq çalışmaq istərdim. Qarabağda yaşamaq istəyirəm. Buralara valeh olmuşam. Həm də hər yerində bir xatirəm var.

Şablon kimi səslənsə də, həqiqətən, arxa cəbhənin dəstəyi, sevgisi bizə güc verirdi. Məktublar, hədiyyələr alırdıq. Kasıb insanların son pullarını sərf edib, bizə sovqat gətirməsi gözlərimizi yaşardırdı. Füzulinin Əhmədbəyli kəndindən olan Fikrət dayını xatırlayıram. Hərbi hissələrə gəlib, döyüşçülərin saç-saqqalını qırxırdı.

Əlində-ovcunda olan pulu ailəsinə qoyub, “siz birtəhər dolanın, mən əsgərlərimizə lazımam” deyib gəlmişdi. Onu müxtəlif hərbi hissələrdə görürdüm. Bu fədakarlıq Vətən sevgisi idi. Biz Vətəni sevirik. Biz Azərbaycanı sevirik. Ona görə qalib gəldik. Azərbaycan bu sevgi sayəsində qalib ölkə olaraq daima yaşayacaq”. (kult)

Son xəbərlər »

İrandan gözlənilməz addım: Dünya həyəcanla izləyir

18.12.2020 22:33

Putin 9 ölkəni gözləyən təhlükəni açıqladı

18.12.2020 22:30

Ermənistanla Rusiya Zəngəzurla bağlı GİZLİ MÜQAVİLƏ İMZALADI

18.12.2020 22:28

Şimali Koreyada dünyanı şoka salan hadisə - KAPİTAN EDAM EDİLDİ

18.12.2020 22:24

Netanyahu: İranı dayandırmaq üçün onlarla razılaşdıq

18.12.2020 22:24

Stadionda partlayış baş verdi

18.12.2020 22:20

Selçuk Bayraktar: Yaşasın Azərbaycan - Türkiyə qardaşlığı!

18.12.2020 22:16

Rusiya NATO və Qərbə qarşı HƏRƏKƏTƏ keçdi: Qara dənizdə...

17.12.2020 17:05

Vanyan: Nikol bu tarixdə Bakıya uçmalıydı

17.12.2020 17:02

Azərbaycan Zəngəzuru bu cür geri qaytara bilər - DETALLAR AÇIQLANDI

17.12.2020 16:56

Ermənistanın müdafiə naziri Qarabağla sərhədə gəldi

17.12.2020 16:55

Çavuşoğlu: Əliyev lazımi mesajı verdi, Rusiya atəşkəsi qorumasa...

17.12.2020 16:53

Putindən sülhməramlılarla bağlı AÇIQLAMA

17.12.2020 16:51

Rus qüvvələri Qarabağda mühasirəyə düşüb?

17.12.2020 16:50

Şuşada hələ də erməni silahlıları qalıb

17.12.2020 16:48

Putindən SON DƏQİQƏ Qarabağ açıqlaması

17.12.2020 16:46

Putindən Türkiyənin Qarabağ məsələsinə müdaxiləsinə CAVAB

17.12.2020 16:45

Bu ərazilər Azərbaycana təhvil verilir

17.12.2020 16:44

Putin: Ərdoğan kişi kimi sözünün üstündə durur

17.12.2020 16:38

İlham Əliyev Şuşa ilə bağlı mühüm TAPŞIRIQLAR VERDİ

16.12.2020 14:48