​Selçuk Bayraktar: Yaşasın Azərbaycan - Türkiyə qardaşlığı!

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı və “FA International Trade Events” MMC-nin birgə təşkilatçılığı ilə keçirilən “World Net Summit” beynəlxalq onlayn konfransın ikinci günü maraqlı panellərlə davam edib. 

Türkiyənin “Baykar Makina” şirkətinin texniki direktoru və “Bayraktar TB2” pilotsuz uçuş aparatının yaradıcısı Selçuk Bayraktar tədbir iştirakçılarını salamlayaraq dəvətə görə nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadəyə təşəkkürünü bildirib.

S.Bayraktar Azərbaycanı Dağlıq Qarabağ münaqişəsinin başa çatması, Vətən müharibəsində qazanılan qələbə münasibətilə təbrik edib və şəhidlərimizə Allahdan rəhmət diləyib.

“Qarabağ məsələsini gənclik illərimizdən içimizdə bir ağrı kimi hiss edirdik. Bu gün Azərbaycan və Türkiyə ordularının böyük səyi nəticəsində bu ağrı bitdi. Qələbədə ölkəmizin istehsalı olan milli texnologiyanın rol oynaması bizə qürur verir. Bu zəfərin əsl sahibləri isə şəhidlərdir. Eşq olsun türk ordularına! Yaşasın Azərbaycan – Türkiyə qardaşlığı!” – deyə Bayraktar qeyd edib.

O, pilotsuz uçuş aparatı sənayesində fəaliyyətləri, inkişaf strategiyaları barədə geniş məlumat verib. Hərbi milli sənaye hərəkatında dronların əhəmiyyətli rolundan bəhs edib.

Bayraktarın sözlərinə görə, hazırda Türkiyə dron istehsalı ilə məşğul olan 6 ölkədən biridir.

S.Bayraktar çıxışında Vətən müharibəmizdə də istifadə edilən “Bayraktar TB2” pilotsuz uçuş aparatlarına geniş yer verib. Bildirib ki, bu aparatlar Azərbaycan da daxil olmaqla 4 ölkəyə ixrac olunub. Hazırlanmasında süni intellektdən istifadə edilən “Bayraktar TB2”-nin detallarının 93 faizi milli istehsaldır.

O, həmçinin pandemiya dövründə süni tənəffüs cihazları istehsalına başladıqlarını diqqətə çatdırıb və cihazların strukturu haqda danışıb.

Selçuk Bayraktar “Türkiye Teknoloji Takımı” inkubasiya mərkəzini yaratdıqlarını söyləyib: “Mərkəzimiz süni intellekt, “Əşyaların interneti”, müasir texnologiyalar sahəsində fəaliyyət göstərir. Bu istiqamətdə gənclərin yeni bilik və bacarıqlar qazanması və yeniliklərə imza atması əsas hədəfimizdir”.

Son xəbərlər »

İrandan gözlənilməz addım: Dünya həyəcanla izləyir

18.12.2020 22:33

Putin 9 ölkəni gözləyən təhlükəni açıqladı

18.12.2020 22:30

Ermənistanla Rusiya Zəngəzurla bağlı GİZLİ MÜQAVİLƏ İMZALADI

18.12.2020 22:28

Şimali Koreyada dünyanı şoka salan hadisə - KAPİTAN EDAM EDİLDİ

18.12.2020 22:24

Netanyahu: İranı dayandırmaq üçün onlarla razılaşdıq

18.12.2020 22:24

Stadionda partlayış baş verdi

18.12.2020 22:20

Selçuk Bayraktar: Yaşasın Azərbaycan - Türkiyə qardaşlığı!

18.12.2020 22:16

Rusiya NATO və Qərbə qarşı HƏRƏKƏTƏ keçdi: Qara dənizdə...

17.12.2020 17:05

Vanyan: Nikol bu tarixdə Bakıya uçmalıydı

17.12.2020 17:02

Azərbaycan Zəngəzuru bu cür geri qaytara bilər - DETALLAR AÇIQLANDI

17.12.2020 16:56

Ermənistanın müdafiə naziri Qarabağla sərhədə gəldi

17.12.2020 16:55

Çavuşoğlu: Əliyev lazımi mesajı verdi, Rusiya atəşkəsi qorumasa...

17.12.2020 16:53

Putindən sülhməramlılarla bağlı AÇIQLAMA

17.12.2020 16:51

Rus qüvvələri Qarabağda mühasirəyə düşüb?

17.12.2020 16:50

Şuşada hələ də erməni silahlıları qalıb

17.12.2020 16:48

Putindən SON DƏQİQƏ Qarabağ açıqlaması

17.12.2020 16:46

Putindən Türkiyənin Qarabağ məsələsinə müdaxiləsinə CAVAB

17.12.2020 16:45

Bu ərazilər Azərbaycana təhvil verilir

17.12.2020 16:44

Putin: Ərdoğan kişi kimi sözünün üstündə durur

17.12.2020 16:38

İlham Əliyev Şuşa ilə bağlı mühüm TAPŞIRIQLAR VERDİ

16.12.2020 14:48